Bu gün:

Yalnızlıq sümüklər üçün də zərərlidir


Yeni bir araşdırmaya görə, yalnızlıq yalnız kişilərin zehni sağlamlığı üçün deyil, həm də sümükləri üçün zərərli ola bilər.

ABŞ-dəkı Maine Sağlamlıq Araşdırmaları İnstitutu tərəfindən edilən bir araşdırmaya görə, sosial təcrid kişilərin sümük sağlamlığına mənfi təsir göstərə bilsə də, bunun qadınlara aid olmadığı ortaya çıxdı.

Araşdırma Çikaqo şəhərində endokrin Cəmiyyətinin İllik Toplantısı olan ENDO 2023-də təqdim edilib.

Tədqiqat rəhbəri Rebecca Mountain” sosial təcrid, psixososial stresin güclü bir formasıdır və xüsusilə, yaşlı insanlar arasında artan bir ictimai sağlamlıq problemidir “-, deyə qeyd edib.

O, həmçinin təcrid və tənhalığın yayılmasını əhəmiyyətli dərəcədə artıran Covıd-19 pandemiyası başlamazdan əvvəl tədqiqatçılar artan “tənhalıq epidemiyası “ndan narahat olduqlarını qeyd edib.

Siçanlar üzərində araşdırıldı

Rebecca Mountain ayrıca qeyd edib: "Əvvəlki klinik tədqiqatlar psixososial streslərin və sonrakı zehni xəstəliklərin osteoporoz və qırıqlar üçün yaşlı insanlarə nisbətsiz şəkildə təsir edən əsas risk faktorları olduğunu göstərdi.”

Araşdırmada yetkin siçanları dörd həftə ərzində sosial təcridə məruz qoydular. Elm adamları, sosial təcridin dişi siçanlarda deyil, erkək siçanlarda sümük mineral sıxlığının azalması da daxil olmaqla sümük keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğunu tapıblar.

“Bu tapıntıların insan populyasiyalarında necə əks olunduğunu anlamaq üçün gələcək araşdırmalara ehtiyac var”-,deyə ekspert əlavə edib.

Mənbə: Sözcü 

Tərcümə etdi: Aysu Əsədova

 

Paylaş
Şərh əlavə et