Alimlər Günəşin təxminən 5 milyard il sonra ömrünün sonuna yaxınlaşacağını və qırmızı nəhəng fazaya girəcəyini proqnozlaşdırırlar. Bu proses Yer kürəsi də daxil olmaqla daxili planetləri yaşayış üçün yararsız hala gətirməklə yanaşı, Günəş sisteminin uzaq nöqtələrində yeni həyatın yaranması ehtimalını artıracaq.

Öz nüvəsindəki hidrogeni tükəndirdikdən sonra Günəş genişlənərək qırmızı nəhəngə çevriləcək. Bu vaxt Merkuri və Venera tamamilə batacaq, Yer isə yanan, yaşamaq mümkün olmayan qaya parçasına çevriləcək. Atmosfer yox olacaq və okeanlar buxarlanacaq. Lakin alimlərin fikrincə, bu ölüm həm də yeni imkanlar yarada bilər. Günəşin genişlənməsi və daha çox istilik və işıq buraxması Saturnun Titanı və ya Yupiterin Avropası kimi buzlu dünyaları istiləşdirə bilər. Bu gün donmuş bu peyklər gələcəkdə maye okeanlara sahib ola bilər və həyat üçün uyğun şərait yarada bilər.
Astrobioloqlar hesab edirlər ki, Günəşin ölümü zamanı yaranan yeni iqlim qurşaqları müxtəlif planetlərdə və ya aylarda ən azı milyardlarla il bioloji həyatı dəstəkləyə bilər. Lakin o da qeyd olunur ki, bu proses qalıcı olmayacaq, çünki Günəş sonda ağ cırtdana çevrilərək ətrafını soyuq və qaranlıq bir məkana çevirəcək.
Günəşin ölümü Yer üçün qaçılmaz bir fəlakət olsa da, Günəş Sisteminin uzaq nöqtələrində həyatın yenidən yaranma ehtimalı kainatın tsiklik təbiətini bir daha vurğulayır. Bəşəriyyət bu ssenarini qabaqcadan görə bilməyəcək, lakin elm göstərir ki, həyat hətta milyardlarla il sonra da yeni yollar tapa bilər.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
