Sosial şəbəkə asılılığı sosial mediadan nəzarətsiz və həddindən artıq istifadə nəticəsində yaranır və gündəlik həyata mənfi təsir göstərir. Bu asılılıqda insan daim sosial medianı yoxlamaq istəyir, istifadəyə məhdudiyyət qoyulduqda narahatlıq keçirir və iş, təhsil, münasibətlər zərər görür.

Sosial şəbəkələr beyində dopamin ifrazını artıraraq mükafat hissi yaradır, bu isə davranışı gücləndirir. Digərləri ilə müqayisə, özünəinamın azalması, depressiya və “nəyisə qaçırma qorxusu” (FOMO) da asılılığı dərinləşdirir.
Nəticədə real münasibətlər zəifləyir, psixoloji gərginlik artır. Çıxış yolu olaraq istifadəni məhdudlaşdırmaq, bildirişləri söndürmək, real fəaliyyətlərə yönəlmək və lazım gələrsə mütəxəssis dəstəyi almaq tövsiyə olunur.
Mənbə: Addiction Center
Tərcümə etdi: Arzu Qafarova
