Bu gün:

Baş və qulaq ağrısının səbəbi


Diş həkimi Yelena Martınova deyir ki, diş problemləri qulaqlarda və başda ağrıların, eləcə də digər xəstəliklərin tapılmayan səbəbi ola bilər. O verdiyi müsahibəsində bu xəstəliklərin adını çəkib.

Yelena Martınova deyir ki, düzgün ağız təmizliyi olmasa, ağızda bakteriyalar sürətlə çoxalır və diş toxumaları parçalanır. 

“Bakteriyalar kökün yuxarı hissəsindən kənara yayıldıqda sümük toxuması məhv olur və sinüzit inkişaf edə bilər. Həmçinin dişlərlə bağlı problemlər qulaqlarda ağrıya və başgicəllənməyə səbəb ola bilər”, - Martınova dedi.

Əlavə olaraq həkim davam etdi ki, streptokoklar – diş çürüklərinə səbəb olan bakteriyalar tez-tez “angina” və “otit”ə səbəb ola bilər. Bundan əlavə, Martınova xəbərdar etdi ki, qan damarlarına nüfuz edərək ürək əzələsinin daxili divarının iltihabına, böyrək xəstəliklərinə, revmatizmə səbəb ola bilər.

Həmçinin əlavə etdi ki, dişlərin vəziyyətinin pozulması və ya olmaması yeməyin keyfiyyətinə mane olur. Diş həkimi izah etdi ki, buna görə zaman keçdikcə həzm sistemi və qaraciyər xəstəlikləri, qastrit inkişaf edir və allergiya yaranır.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova





Paylaş
Şərh əlavə et