Bu gün:

Limerens nədir?


Limerens termini 1970-ci illərdə psixoloq Doroti Tennov tərəfindən irəli sürülüb və “başqa bir insanın diqqətinə və müsbət münasibətinə qarşı könülsüz, güclü bir həsrət” kimi təsvir olunur. Bu, adi bir simpatiyadan daha dərindir, tez-tez düşüncələrin işğalı, ruminasiya (eyni fikirləri təkrar-təkrar düşünmək) və davamlı məşğulluqla müşayiət olunur.

Autistik insanlar üçün limerens necə hiss olunur?

Çeşir Ket adlı autistik bir yetkin limerence-i “xüsusi bir marağın insan olması – təsəvvür edə biləcəyiniz ən yüksək zirvələr və ən dərin enişlər” kimi təsvir edir. O deyir ki, limerens barədə öyrənmək onun yaşantısını təsdiqlədi, amma eyni zamanda onu təəccübləndirdi. Bu hisslər intensiv, idarəolunmaz və çətin başa gələndir.

Başqa bir autistik yetkin – Andi – də razılaşır ki, bu hiss “intensiv və obsesivdir, sanki yalnız onu düşünürsünüz”. O həmçinin deyir ki, bu, utanc hissi də yarada bilər: “Niyə dayandıra bilmirəm?”

Limerence-in digər nevrodivergent qruplarda görünməsi

Suz Vera Berrouz, MS, Ed, BCTMB, limerence-i “başqa bir insana qarşı intensiv, könülsüz fiksasiya” kimi xarakterizə edir. Bir çox autistik insan limerence yaşayır, amma bu, yalnız onlara xas deyil. Eyni zamanda DEHB (ADHD), PTSD və digər nevrodivergent hallarda da geniş rast gəlinir.

LMFT və R-DMT lisenziyalı terapevt Nikki Huicun Li isə qeyd edir ki, limerence “obsessiya” və digər maraqları kənara qoymaq kimi hiss edilə bilər. Bu utanc gətirə bilər, amma Li vurğulayır: “Limerens yaşamaq sizi pis insan etmir”.

Nəyə görə autistik insanlar üçün limerence daha intensiv ola bilər

Limerens autistik insanlara xas olmasa da, onların xüsusiyyətləri bu vəziyyətə meyilli ola bilər. Çox vaxt autistiklər intensiv maraqlara sahib olurlar və bu intensivlik bir insana yönələndə limerence yarana bilər. Eyni zamanda diqqəti başqa yerə yönəltməkdə çətinlik çəkirlər ki, bu da hiperfokus və ya hiperfiksasiya kimi tanınır.

Autistik insanlar duyğusal stimullara, hisslərə can atırlar. Limerence romantik cazibəni də ehtiva edə bilər ki, bu da çox xoş və güclü hissdir. Bu, həmin duyğunu təkrar-təkrar yaşamaq istəyi yarada bilər.

Bundan başqa, rədd edilməyə həssaslıq da autistik icmada genişdir. Bəzi insanlar rədd edilməmək üçün həddindən artıq səy göstərə bilirlər ki, bu da limerence-in intensivliyini artıra bilər.

Limerens ilə sevgi arasındakı fərq

Hər kəs hiss etdiyi duyğunun sevgi yoxsa limerence olduğunu dəqiq ayırd edə bilmir. Əgər emosiyalar idarəolunmaz dərəcədə güclüdür, düşüncələriniz həddindən artıq həmin şəxs üzərində cəmlənirsə, həyatınızdakı digər maraqlarınız arxa plana keçirsə, bu, çox vaxt limerence olur. Sağlam sevgi isə daha balanslı və qarşılıqlı olur.

Limerens ilə necə başa çıxmalı

– Dəstək axtarın: Suz Vera Berrouz deyir: “Ümid və ümidsizliyin qarışdığı bu gərginliklə tək qalmaq lazım deyil. Biz həm neyron quruluşumuz, həm də yaralarımızla bacara bilərik. Bu qarışıq mərhələ çox vaxt növbəti mərhələyə hazırlaşmaq üçün lazımdır.”

– Utancı buraxın: Nikki Huicun Li vurğulayır ki, limerence utanc gətirə bilər, amma bu hissləri yaşamaq “pis insan” olduğunuz anlamına gəlmir. Özünüzü günahlandırmaq əvəzinə duyğularınızı anlamağa çalışmaq vacibdir.

Mənbə: verywell mind

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et