Bu gün:

Yuxuya tez getməyə kömək edən içki resepti


“Rusiya Dietoloqları” icmasının və Dietoloqlar Assosiasiyasının üzvü, dietoloq Yekaterina Matıskina Sputnik radiosuna müsahibəsində yuxuya tez getməyə kömək edən içkinin adını çəkib.

O qeyd edib ki, sosial şəbəkələrdə “ay südü” resepti getdikcə populyarlaşır. Onun sözlərinə görə, ilk olaraq qədim Hindistanda hazırlanan süd, bal və darçından ibarət içkinin daha tez yuxuya getməyə kömək etdiyi barədə fikir var.

Mütəxəssis vurğulayıb ki, zülal gecə qəbul edilərsə, sakitləşdirici və rahatlama effekti verir. O bildirib ki, içki üçün bitki südündən də istifadə etmək olar. Eyni zamanda, onun sözlərinə görə, gecələr banandan, ağ düyü və qoz-fındıqdan ibarət süd içmək olmaz.

Matıskina onu da əlavə edib ki, “ay südü”ndə bal bir çay qaşığından artıq olmamalıdır. O, belə bir içkinin diabet xəstələri üçün əks göstəriş olduğunu qeyd etdi.

Mənbə: Lenta

Tərcümə etdi: Günel Məmmədova


Paylaş
Şərh əlavə et