Bu gün:

Rozasea xəstəliyindən necə qorunmaq lazımdır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı Dermatoloq Elana Rəsulovadır. O, rozasea xəstəliyi haqqında danışıb. 

Rozasea xəstəliyi necə yaranır və bu xəstəlikdən qorunmaq yolları hansılardır ?

Rozasea xroniki dəri xəstəliyidir. Yaranma səbəbi hələ də tibbə dəqiq məlum deyil. Amma bəzi səbəblər var ki, rozasea xəstəliyini kəskinləşdirir.  Mədə-bağırsaq sistemində olan problemlər, düzgün qidalanmamaq, isti havalarda üz dərisini düzgün nəmləndirməmək xəstəliyi kəskinləşdirən amillərdəndir. Bu xəstəlik adətən ağ dərili insanlarda müşahidə olunur. Rozaseanın əlamətləri üz, çənə, burun nahiyələrində qızartı və səpkilərdir. Həmçinin belə xəstələrdə xırda damarların genişlənməsi də müşahidə olunur. Rozasea xəstəliyinin iki  mərhələsi var: 

1. Müvəqqəti qızarıqlıq-  hava şəraitindən asılıdır (istidən soyuğa, yaxud soyuqdan istiyə) keçdikdə, həyəcanlandıqda baş verir

2. Daimi qızarıqlıq- hava şəraitindən asılı deyil və dəridə səpkilərlə müşahidə olunur. 

Bir həkim olaraq tövsiyəm isti havalarda mütləq şəkildə spfdən istifadə etmək, düzgün qidalanmaq, əgər mədə- bağırsaqda problem varsa, vaxtında qastroenterloqa müraciət etməkdir .

24media.az xatırladır ki, rozasea xəstəliyi daha çox 30-60 yaş arasında, qadınlarda daha sıx görülür. Dünyada 100 nəfərdən 3-ü bu xəstəlikdən şikayət edir.

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et