Dünyaca məşhur italyan dizayner, “Armani” brendinin yaradıcısı Giorgio Armani 91 yaşında dünyasını dəyişib. Şirkətin yaydığı açıqlamada o, “yaradıcı dahisi və moda imperiyasının qurucusu” kimi yad olunub.

1934-cü ildə İtaliyanın Piacenza şəhərində doğulan Armani əvvəlcə tibb təhsili alsa da, modaya olan marağı onu bu sahəyə gətirib. O, 1975-ci ildə öz brendini təsis edərək geyim dünyasında sadəlik və zəriflik anlayışını birləşdirən unikal üslub yaradıb. Armani qısa zamanda həm Avropada, həm də Amerikada məşhurlaşaraq modanın simvoluna çevrilib.
Onun dəfn mərasimi doğulduğu bölgədə, ailə məzarlığında baş tutub.
Hazırladı: Gülay Bədirli
