Bu gün:

Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi sürətlə artır


Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq 464,8 milyon ABŞ dollarına çatıb.

Artımın əsas hissəsi qeyri-neft sektorunun payına düşür. Xüsusilə, kənd təsərrüfatı məhsulları, tikinti materialları və emal sənayesi məhsullarının ixracı diqqət çəkir. Gürcüstan isə Azərbaycana daha çox qida məhsulları, spirtli içkilər və nəqliyyat vasitələri ixrac edib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq təkcə ticarətlə məhdudlaşmır. Enerji, turizm və logistika sahələrində də yeni layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Bu isə növbəti illərdə ticarət dövriyyəsinin daha da artacağına işarədir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et