Bu gün:

Kədərli anlarda boğazda yaranan düyün hissi nə ilə əlaqəlidir?


 Bu hal orqanizmin stresə və emosional reaksiyalarına bağlı olaraq meydana gəlir. Təkcə ağlayarkən deyil, həm də kədərli anlarda boğazda yaranan düyün hissi avtonom sinir sistemimizlə yaxından əlaqəlidir.

Güclü emosional reaksiyalar zamanı “vagus siniri” adlanan sinir sistemi fəaliyyətə keçir. Bu sinir beyinlə bədən arasındakı bir çox orqanın işini idarə edir və ağlama prosesində boğaz əzələlərinin yığılmasına səbəb ola bilər.

Ağlayarkən bədəndə adrenalin və kortizol hormonları ifraz olunur. Bu hormonlar orqanizmdə “döyüş və ya qaç” reaksiyasını işə salır və boğaz əzələlərinin yığılmasına gətirib çıxarır. Nəticədə boğazda düyünlənmə hissi yaranır.

Ağlama zamanı adətən dərindən nəfəs alma və hıçqırıq da müşahidə olunur. Bu isə boğaz əzələlərinin nizamsız şəkildə yığılmasına və boşalmasına səbəb olur ki, nəticədə eyni düyünlənmə hissi yaranır. Bundan əlavə, udqunma refleksini də unutmaq olmaz. Bu refleks boğaz əzələlərinin müvəqqəti olaraq düyünlənmiş kimi hiss edilməsinə gətirib çıxarır. Yəni, artıq ağlayarkən yaşadığınız bu hissin “boş” bir duyğu deyil, elmi əsaslara söykənən bir hal olduğunu bilə bilərsiniz. 


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et