Bu gün:

Afaziya xəstəliyi və onun simptomları nələrdir?


Afaziya beyin qanaması və ya insult kimi pozğunluqlar nəticəsində, beynin nitq şöbəsinin zədələnməsidir. Beynin nitq şöbəsində meydana gələn bu zədə danışıq çətinliyi də daxil olmaqla bir çox ünsiyyət problemlərini yaradır.

Afaziya xəstəliyinin əlamətləri

Beynin danışma şöbəsinin zədələnməsi nəticəsində, aşağıdakı simptomlar görünə bilər:

  • Danışmada çətinlik 

  • Xatırlamaqda çətinlik 

  • Başa düşməkdə çətinlik

  • Oxumaq və yazmaqda çətinlik

  • Nitqdə qəribə və yersiz sözlər

Afaziyanın müalicəsi

Afaziyanın müalicəsində xəstənin yaşı, beynin zədələnməsinin səbəbi, afaziyanın növü və yeri çox önəmlidir. Nitq və dil terapiyası tətbiqləri simptomların səviyyəsini yüngülləşdirməyə imkan verə bilər. Tətbiq olunan texnikaların məqsədi fərdin dil və nitq bacarıqlarını bərpa etməkdir.

Mənbə: Onedio

Tərcümə etdi: Lumu Zülfüqarova

Paylaş
Şərh əlavə et