Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən əldə olunmuş məlumata görə, 24media.az xəbər verir ki, qurumun icraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.

Forumda 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə bir araya gəlib, sülh, inkişaf, əməkdaşlıq və sivilizasiyalararası dialoq mövzuları müzakirə olunub. Tədbir çərçivəsində Medianın İnkişafı Agentliyi ilə Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun mübadiləsi mərasimi də keçirilib.
Arzu Qafarova
