Bu gün:

“Peşəkarlar tərəfindən müəyyən təcrübə proqramları, təlimlərin olması mütləqdir”


24media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki  müsahibi APA İnformasiya Agentliyinin əməkdaşı, yazıçı-jurnalist Nihat Pirdir. 

-Azərbaycanda media inkişaf agentliyi, mətbuat şurası jurnalistləri işə həvəsləndirmək, peşəkarlar yetişdirməsi üçün hansı addımları atmalı, necə davranmalıdır?

Məncə, jurnalistlərin işə həvəsləndirilməsi baxımından müxtəlif jurnalist müsabiqələrinin keçirilməsi daha effektiv olar. Belə müsabiqələr keçirilir. Hesab edirəm ki, belə müsabiqələr say baxımından çoxaldılsa, yaxşı olar. Peşəkarlar tərəfindən  müəyyən təcrübə proqramları, təlimlərin olması mütləqdir. Jurnalistlər həmin proqramlara, təlimlərə dəvət olunmalı, peşəkar məsləhətləri almalıdır. Doğrudur, ən yaxşı təcrübə elə işin içində olmaqdır, amma istənilən halda, işi bir də peşəkarların dilindən mənimsəmək faydalı olar.

24Media.az qeyd edir ki, bəzi qurumlar gənc jurnalistlər üçün müəyyən kurslar təşkil etsələr də, bu kurslarda tədris edilən proqramların zəif olması və köhnə praktikaya əsaslanması keyfiyyət deyil, kəmiyyətə təsir göstərir. Nə etmək lazımdır? Əlbəttə, müxbir heyətinə qarşı ilkin tələbləri yüksəltmək və onların gözləntilərini qarşılamaq. Belə olan halda keyfiyyət kəmiyyəti üstələyəcək.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et