Bu gün:

Gün ərzində yatmaq beyin üçün faydalıdır


London Universitet Kollecində aparılan araşdırmaya görə, gün ərzində nizamlı yatmaq beynimiz üçün faydalıdır və beynin ölçüsünü daha böyük saxlayır.



Məlum olub ki, gün ərzində yatanların beyni 15 kub santimetr böyükdür. Bu o deməkdir ki, qocalma 3-6 il gecikir. Ancaq alimlər yuxu vaxtının yarım saatdan az olmasını lazım olduğunu bildirirlər. BBC-nin sağlamlıq müxbiri James Gallagherə görə, araşdırmaya rəhbərlik edən elm adamlarından Dr. Viktoriya Qarfild nəticələrin həyəcanlandırdığını açıqlayıb. Gündüz yatmaq körpəlikdə beynin inkişafı üçün çox kritik olsa da, yaşlandıqca bu təcrübədən imtina edilir. Yaşlandıqca beyin təbii olaraq kiçilir, lakin yuxunun Alzheimer kimi xəstəliklərin qarşısını ala biləcəyini öyrənmək üçün daha çox araşdırmaya ehtiyac var. Tədqiqatçıların fikrincə, zəif yuxu zamanla beyin hüceyrələrinə zərər verir.


Mənbə: BBC

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et