Arıqlamaq üçün bir çox pəhrizlər var. Son zamanlar insanlar arasında aralıqlarla oruc tutma üsulu üstünlük təşkil edir.

Fasiləli oruc pəhrizində müxtəlif yemək nümunələri var. Bununla belə, ən çox seçilənlər 5-2 və ya 16-8 olaraq qeyd olunur.
5-2 sxemində həftədə iki gün tələb olunan kalorilərin yalnız 25 faizi alınır, qalan beş gün daha sərbəstdir. 16-8-də gündə 16 saat yemək yeyilmir və yemək vaxtı səkkiz saatla məhdudlaşır. İstər 5-2, istərsə də 16-8 yemək sxeminə əməl etməyinizdən asılı olmayaraq, arıqlamaq üçün nə yediyiniz qədər nə vaxt yediyiniz də vacibdir. Fasiləli oruc tutmaq müxtəlif yollarla həyata keçirilə bilər. Ancaq hər bir fərqli formada, müəyyən aralıqlarla və müəyyən müddət ərzində çox az qida qəbul etmək lazımdır.
Fasiləli oruc tutmağa cəhd edənlər bunun arıqlamaq üçün əla bir yol olduğunu deyirlər. 2017-ci ildə Annual Review of Nutrition jurnalında dərc edilən araşdırma xülasəsinə görə, bu üsulu sınayan 16 nəfərdən 11-i arıqlaya bilib. Ancaq eyni araşdırmaya görə, aralıq oruc tutma üsullarından bəziləri tövsiyə edilmir. Bəzi günlərdə bütün gün oruc tutmaq həddindən artıq aclığa səbəb olur və buna görə də praktiki təcrübə hesab edilmir.
Mənbə: BBC
Tərcümə etdi: Səadət Quliyeva
