Bu gün:

Uzun müddət davam edən yorğunluğa diqqət yetirin!


Uzun müddət davam edən yorğunluğun pis xəstəliklərin xəbərçisi ola biləcəyi barədə xəbərdarlıq edən daxili xəstəliklər mütəxəssisi, həkim Səkinə Qəhrəmanova bildirdi ki, xroniki yorğunluğun altında yatan səbəblər bir çox müxtəlif xəstəliklər ola bilər, ona görə də uzun sürən yorğunluq şikayətinə ciddi yanaşmaq lazımdır.




Yorğunluq bu xəstəliklərə səbəb ola bilər.



Həkim yorğunluq problemi yaradan xəstəliklər haqqında da məlumat verib. Qəhrəmanova aşağıdakı ifadələrlə xəbərdarlıq edib: "Ürək-damar xəstəlikləri, Endokrinoloji/metabolik vəziyyətlər, Yoluxucu xəstəliklər, Hematoloji/neoplastik vəziyyətlər, psixoloji və nevroloji vəziyyətlər və maddə istifadəsi insanda yorğunluq səviyyəsinin artmasına səbəb olur. Konjestif ürək çatışmazlığı, xroniki obstruktiv ağciyər xəstəliyi, yuxu apnesi, Hipotiroidizm, xroniki böyrək xəstəliyi, xroniki qaraciyər xəstəliyi, adrenal çatışmazlıq, elektrolit anormallıqlar, viral hepatit, insan immuniteti, subakut bakterial endokardit, fibromiya Sindrom, anemiya, xərçəng, depressiya, anksiyete, somatizasiya pozğunluğu, antidepresanlar, antihistaminiklər, ağrı kəsicilər yorğunluğa səbəb ola bilər. Mədə qoruyucusu olaraq istifadə etdiyimiz bəzi dərmanlar insanda xroniki yorğunluq problemini artıran əsas səbəblərdir. 


Mənbə: Sabah 


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et