Bu gün:

Səhər yeməyi günün ən vacib yeməyidir?


Səhər yeməyi təkcə çəkiyə təsir etmir. Səhər yeməyin ürək xəstəlikləri və 2-ci tip diabet riskini 20 faizdən çox artırdığı bildirilir. Bunun səbəblərindən biri səhər yeməyinin qida dəyəri ola bilər.

Səhər yeməyində taxıl yemək vərdişi Qərb ölkələrində yayılmışdır. Səhər yeməyi taxıllarına müxtəlif vitamin və mineral əlavələr əlavə edilir. İngiltərədə 1600 gənc üzərində aparılan araşdırmada müntəzəm olaraq səhər yeməyi yeyənlərin lif və fol turşusu, C vitamini, dəmir və kalsium səviyyəsinin daha yaxşı olduğu görüldü. 

Mütəxəssislər səhər yeməyinin yaddaşa və konsentrasiyaya müsbət təsir etdiyinə də inanırlar. Bununla belə, səhər yeməyində nə yediyiniz də vacibdir. Bəzi araşdırmalar göstərir ki, yüksək proteinli səhər yeməyi gün ərzində qida istəyini azaldır. Səhər yeməyi üçün dənli bitkilərin istifadəsi İngiltərə və ABŞ-da olduqca yayılmışdır. Amma dənli bitkilərin yüksək şəkər tərkibi narahatlıq doğurur. Bəziləri hesab edir ki, əgər desert istifadə ediləcəksə, səhər bunu etmək daha yaxşıdır. 


54 araşdırmanın təhlili nəticəsində, səhər yeməyinin hansı növünün daha faydalı olması ilə bağlı fikir birliyi olmadığı, əsas məsələnin səhər nə isə yemək olduğu vurğulanır.


Mənbə: BBC Türk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et