Bu gün:

Ac qarına dərman içmək zərərlidirmi?


Dərmanları vaxtında qəbul etmək çox vacibdir ki, onlar orqanizmdə düzgün həzm olunsun və tez qana qarışsın. Dərman nə qədər tez udulursa, bağırsaqlarda bir o qədər tez hərəkət edir. Bu məqamda hansı dərmanların yeməklə və ya yeməksiz qəbulu bilinməlidir. Bəzi dərmanları acqarına qəbul etmək mümkün olsa da, bəziləri tox mədədə qəbul edilməlidir. Bəs ac qarına qəbul edilən dərmanlar zərərlidirmi?

Bəzi dərmanlar tox mədədə, digərləri isə ac qarına qəbul edilməlidir. Tox mədədə qəbul edilməli olan dərmanlar, adətən, ağrıkəsicidir. Əksər ağrı kəsicilərin tərkibində "prostaglandin" adlı bir birləşmə var, bəzi növləri mədə ağrısına səbəb ola bilər. Prostaglandin mədədə ağrıya səbəb ola bilər. Ona görə də acqarına ağrıkəsici içmək məsləhət görülmür.

Xüsusilə, acqarına aspirin kimi güclü ağrıkəsicilərin qəbulu xora, qastrit, qanaxma və hətta nadir hallarda mədədə yaralara səbəb ola bilər. Ağrı kəsicilər tox mədədə və bol su ilə qəbul edilməlidir.

Antibiotiklərin bir qismini acqarına da qəbul etmək olar, lakin antibiotikin növündən asılı olaraq, aptek və mütəxəssisə müraciət etmək lazımdır. Bəzi diabet dərmanlarını qəbul edərkən acqarına qəbul etmək lazımdır.

Mənbə: Habertürk 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et