Bu gün:

“Tıxaclı yollarda skuterlərlərdən istifadə olunur”


24media.az -ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Nəqliyyat Eksperti Aslan Əsədovdur. Ekspert nəqliyyat haqqında olan sualımızı cavablandırıb.



-Nəqliyyat ilə bağlı skuter sürmək haqqında olan yeni qanunlar barədə nə düşünürsünüz ? 

-Hazırda skuterlərin ölkəyə idxalında kəskin artım müşahidə olunur, xüsusən də, tıxaclı yollarda skuterlərlərdən istifadə olunur. Son zamanlarda əhali arasında bəzi narazılıqlar yaranmışdır. Bunun səbəbi isə skuterlərin səssiz və sürətli fəaliyyəti idi. Bunun üçün müxtəlif qərarlar qəbul olundu. Skuterlər üçün sürət həddinə limit qoyuldu, sürət həddi 17km/saat-a endirildi. Skuterlər gənclər arasında əyləncə vasitəsidir, asudə vaxtlarını daha səmərəli keçirmək üçün yaxşı vasitədir. 

24media.az xatırladır ki, Dənizkənarı Bulvar İdarəsi vətəndaşların çoxsaylı şikayətləri ilə əlaqədar iyunun 1-dən öz ərazisində skuterlərin istifadəsini qadağan edib. Eyni zamanda, Azərbaycanda skuterlər üçün yol zolağının salınması haqqında fikir Milli Məclisin deputatı Emin Hacıyev parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bu sahədə vəziyyəti nizama salmaq və təhlükəsizliyi təmin etmək üçün müvafiq infrastruktur yaradılmalıdır: "Artıq skuterlər üçün ayrıca yol zolağının ayrılması zərurətə çevrilib. Bu da sağlam həyat şəraitinə gətirib çıxara və tıxacların azalmasına səbəb ola bilər".

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et