Kompüter elmi riyazi dəqiqlik və məntiqi nəticəyə əsaslanan bir fəndir. Lakin son illərdə süni intellektin, kvant hesablamalarının və ehtimal alqoritmlərinin inkişafı ilə elm aləmində “bilinməzlik” anlayışı daha geniş müzakirə olunur. Beləliklə, kompüter elmində qeybi, yəni gələcəyi və ya naməlumu bilmək mümkündürmü?

Klassik kompüterlər deterministik şəkildə işləyirlər: əgər giriş məlumatları və alqoritm məlumdursa, nəticəni proqnozlaşdırmaq olar. Bununla belə, riyaziyyatda bəzi problemlər “qərar edilməyən” kimi müəyyən edilir. Məsələn, məşhur Halting Problemi bir proqramın əbədi olaraq işləyəcəyini əvvəlcədən bilməyin mümkünsüzlüyünü sübut edir. Bu, kompüterlərin “qeybi mütləq biliyə” nail ola bilməyəcəyinin ən güclü göstəricilərindən biridir.
Süni intellekt sistemləri gələcəyi "bilmir", lakin onlar məlumatlardan nəticə çıxararaq onu yüksək dəqiqliklə proqnozlaşdıra bilirlər. Hava proqnozları, fond bazarındakı dalğalanmalar və ya insan davranışı kimi qeyri-müəyyənliyə məruz qalan sahələrdə kompüterlər statistik modellərdən istifadə edərək proqnozlar yaradır. Lakin bu proqnozlar 100% əmin deyil; başqa sözlə, naməlumdan çox “ehtimalları” təqdim edirlər.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
