ABŞ müdafiə naziri Pit Hegseth, ABŞ-nin İrana qarşı zərbələrinin təsirini qiymətləndirən hesabatla bağlı Ağ Evin sərt tənqidindən cəmi bir neçə həftə sonra Pentaqonun kəşfiyyat agentliyinin rəhbərini vəzifədən azad edib.

Pentaqonun açıqlamasına görə, general-leytenant Cefferi Krus artıq ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) rəhbəri vəzifəsində çalışmayacaq. Pentaqon həmçinin iki yüksək rütbəli hərbi komandirin də vəzifədən azad edildiyini bildirib.
Müdafiə Nazirliyi bu vəzifə dəyişiklikləri ilə bağlı dərhal hər hansı açıqlama verməyib. İyun ayında prezident Donald Tramp İrana qarşı hücumların onun nüvə proqramını yalnız bir neçə ay geriyə atdığını göstərən sızan DIA hesabatına sərt reaksiya verib. Ağ Ev agentliyin bu qiymətləndirməsini “tamamilə səhv” adlandırıb.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
