Hindistanda polis yaxınlarda yüzlərlə zorlanaraq öldürülən qadının cəsədini basdırmağa məcbur edildiyini iddia edən bir kişini həbs edib.

Onun şok açıqlamaları ölkənin cənubundakı Karnataka ştatında yerləşən kiçik dini şəhər Dharmasthala-da qarışıqlığa səbəb olub.
Hinduların müqəddəs üçlüyündən biri olan Şivanın təcəssümü sayılan Manjunatha Swamy məbədinə ev sahibliyi edən bu şəhər əsrlərdir mövcud olan dini mərkəz kimi hər gün minlərlə zəvvarı cəlb edir və yerli əhalinin həyatında mühüm rol oynayır.
Ştatda yaranan siyasi qalmaqaldan sonra hökumət kişinin iddialarını yoxlamaq üçün Xüsusi İstintaq Qrupu (SIT) yaradıb.
SIT-in adının açıqlanmasını istəməyən bir rəsmisi şənbə günü BBC-yə bildirib ki, həmin şəxs “yalan ifadə verdiyinə görə həbs olunub”.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
