İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində prosedurlar sadələşdirilir və vətəndaş məmnunluğunu artırmaq üçün yeni mexanizmlər tətbiq olunur.

Qəbul edilmiş qanun dəyişikliyinə əsasən, fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaqlarda tikinti mümkün olmadıqda, vətəndaşlara dövlət ehtiyat fondundan və ya bələdiyyə mülkiyyətində olan torpaqlardan əvəzləyici sahələr təqdim ediləcək. Bu zaman əlavə razılaşdırmalara və hərrac prosedurlarına ehtiyac qalmayacaq. Qanun həmçinin dövlət vəsaiti hesabına tikilən yeni yaşayış sahələrinin qeydiyyatını sadələşdirir və vətəndaşların maraqlarının qorunmasını təmin edir.
Arzu Qafarova
