Əncir Yaxın Şərq və Cənub-Qərbi Asiyada yetişən Moraceae (tut) ailəsinə aid olan yarpaq tökən ağac və ya kol növüdür. Onun tarixi Roma İmperiyasına qədər gedib çıxır.

Mütəxəssislərin sözlərinə görə, əncir balanslaşdırılmış pəhriz üçün mühüm qida hesab olunur. Təzə və qurudulmuş halda yeyilə bilən bu meyvə lif, vitamin və minerallarla zəngindir. Həmçinin antioksidant polifenollar sayəsində hüceyrələrin zədələnməsinin qarşısını alır
Əncirin faydaları:
• Həzm sistemini dəstəkləyir, bağırsaq sağlamlığını yaxşılaşdırır.
• Təbii laksatif təsir göstərərək qəbizliyin qarşısını alır.
• Prebiyotik xüsusiyyətləri sayəsində bağırsaq mikroflorasını gücləndirir.
• Orta glisemik indeksə malik olduğundan qan şəkərini sabit saxlamağa kömək edir və diabet xəstələri üçün faydalı seçimdir.
• Kalsiumla zəngindir və süd məhsullarına alternativ ola bilər.
• Dərinin sağlam qalmasına dəstək olur, sedef və ekzemanın müalicəsində ənənəvi vasitə kimi istifadə olunub.
Əncir yüksək FODMAP tərkibli qida olduğundan həssas bağırsaq sindromu (İBS) olan şəxslərdə qaz, ishal və ya qəbizliyə səbəb ola bilər. Həmçinin bəzi insanlarda allergik reaksiyalar müşahidə edilə bilər.
Mütəxəssislər sağlam insanlar üçün gündə 2–3 təzə əncir və ya 2 ədəd qurudulmuş əncir yeməyin kifayət etdiyini bildirir.
Əncir faydalı və qidalı meyvə olsa da, həddindən artıq istifadəsi bəzi həssas insanlarda narahatlıqlara səbəb ola bilər.
Mənbə: Medicana
Tərcümə etdi: Asiya Zeynallı
