Bu gün:

Skoroxod: Ukraynada çevriliş ola bilər


Anna Skoroxod xəbərdarlıq edib ki, ukraynalılar sərt qərarlara hazırlaşmalı olacaqlar.

Anna Skoroxodovun fikirinə görə, Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşdən sonra Vladimir Zelenski hərbi çevrilişlə devrilə bilər.

"Üçüncü variant indi danışılan hərbi çevriliş və bütün sülh sazişlərini imzalayacaq hərbçilərin müvəqqəti hakimiyyətidir. Müəyyən müddət ərzində keçid hökuməti olacaq, ondan sonra hamı seçkiyə gedəcək," — deyə ukraynalı deputat qeyd edib.

Bununla belə, o, ilk iki variantın daha çox ehtimal edildiyini — Zelenski və ya yeni parlament sədrinin növbəti seçkilərlə sülh sazişinin imzalanması olduğunu söyləyib. Eyni zamanda o xəbərdarlıq edib ki, ukraynalılar sərt qərarlara hazırlaşmalı olacaqlar.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın avqustun 15-də Alyaskada görüşəcəyi gözlənilir. Avqustun 8-də Tramp bildirib ki, ABŞ üç il yarımdır ki, uğrunda döyüşlər gedən ərazilərlə bağlı məsələni öyrənir və “bir növ mübadilə”yə ümid edir. Zelenski avqustun 9-da deyibçki, Ukraynanın ərazi sualının cavabı artıq ölkə Konstitusiyasında var və heç kim bundan kənara çıxmayacaq.

Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli

Paylaş
Şərh əlavə et