Bu gün:

“Hamı oxusun, imtahan versin”


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Yol Hərəkəti Təhlükəsizliyi mütəxəsisi Arzu Kürsüm Babazadədir. O, sürücülük vəsiqəsi ilə bağlı sualımızı cavablandırıb.

-Sürücülük vəsiqəsinin alınması nə dərəcə qanuni şəkildə aparılır?

-İlk olaraq bunu deyim ki, kim ki deyir ki, "Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün qeyri-qanuni yollara üz tutanlar və ya üz tutub ala bilməyənlər yoxdur" bu yalan olar. Çünki belə hadisələr çox olur. Lakin sevindirici hal odur ki, mən bu yaxınlarda imtahan mərkəzinə getmişdim və oradakı vəziyyətlə tanış oldum. İstər imtahan binasının özü, istərsə də sürüş ərazisi də tam əla vəziyyətdədir. Yəni imtahan mərkəzləri tələbələrdən imtahan götürməyə tam əlverişli şəraitdədir. Vətəndaş olaraq bizlərin əlində olan və olmayan şeylər var. Birindən soruşublar ki, "Niyə Avropada rüşvət yoxdur?" cavab olaraq deyiblər ki, "çünki Avropada rüşvət verən yoxdur". Rüşvət verən aktiv cinayətkardır, alan passiv cinayətkardır. Bizim cəmiyyətin problemi odur ki, təfəkkür geriliyi yaşayırlar. Onlar asan yollara baş vurmasınlar. Hamı oxusun, imtahan versin, ən gözəl yol budur. Sevindirici hal budur ki, son illərdə imtahan verərək vəsiqə almaq istəyənlərin sayı artıb. Ümid edirik ki, vəziyyət daha da yaxşılaşmağa doğru gedər.

Əli Mehdili

Paylaş
Şərh əlavə et