Bu gün:

"Azərbaycanlı dinləyicilərimizin reaksiyaları maraqlıdır" - Müsahibə


24media.az - ın budəfəki müsahibi "Madem", "Gitme", "Yapma N`olursun" və digər ifaları ilə tanınan alternativ rok qrupu Dolu Kadehi Ters Tut-dur. Onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablayıb.


Salam, xoş gəldiniz. Necəsiniz?

Salam, xoş gördük. Çox sağ olun, siz necəsiniz?

Təşəkkür edirik. Azərbaycana ilk gəlişinizdir? 

Bəli, ilk dəfədir ki, gəlirik.

Necə hiss edirsiniz?

Çox gözəl ölkəyə bənzəyir, ilk dəfə gəldiyimiz üçün həyəcanlıyıq.


Axşamkı konsertdə sürprizlər olacaqmı?

Ən son çıxan albomdan mahnılar ifa edəcəyik. Digər tərəfdən, bütün mahnılarımızı Azərbaycanda ilk dəfə çalacağımız üçün həyəcanlıyıq. Bizə də Azərbaycanlı dinləyicilərimizin reaksiyaları maraqlıdır.

Bakını gəzəcəksiniz?

Dostlar sağ olsun, kiçik bir proqram hazırlayıblar. Biz də əlimizdən gəldiyi qədərilə gəzib görməyə çalışacağıq.


Konsertlərinizin əvəzolunmaz  mahnısı varmı?

Ən çox ifa etdiyimiz mahnılardan biri olan “Gitme” və “Madem”-in adını çəkə bilərik. İmkan daxilində populyar olan mahnıları çalırıq ki, insanlar konsertə gələndə “niyə bu mahnı ifa edilmədi?” sualını verməsinlər. Təbii ki, bütün mahnıları ifa etmək istərdik, amma vaxt məhduddur.

Qrupun adının mənası nədir? Ad haradan gəlir?

Ömər Xəyyamın bir rübaisinin türk dilinə tərcümə edilmiş variantında var. Orada “edilməsi imkansız olan bir şeyi bizdən istəyirsiniz” demək istəyibmiş. Biz də görəndə mizahı ilə yanaşı, mənalı da olsun istədik. Lakin məqsədimiz sadəcə bir ad qoymaq idi. Əslində, bəzən adı dəyişmək istəsək də, dinləyicilərimiz bizi “Dolu Kadehi Ters Tut” adı ilə daha çox sevdi. Hətta 8 illik müddətdə biz də ada öyrəşdik.


Azərbaycanda duet etmək istədiyiniz müğənni və ya qrup varmı?

Sözün açığı, duet işini albomdan alboma nizamlayırıq. Sonuncu albomumuzda yeni duet olduğu üçün növbəti duetləri düşünmürük deyə ağlımızda heç bir müğənni və ya qrup adı yoxdur. Əlbəttə,  bizim üçün çox maraqlı təcrübə olar.

Yenidən Azərbaycana gəlmək planınız varmı?

Əlbəttə. Azərbaycan mümkün olan hər variantda gəlmək istədiyimiz ölkədir. Burada da özümüzü Türkiyədəki kimi hiss edirik. Hətta Azərbaycan vətəndaşı bizi qarşıladığı üçün bu hal bizə xoş təsir göstərdi və sanki öz evimizdəyik kimi hiss etdik. Bu səbəbdən tez-tez gəlmək istəyirik.

Fidan Abdullayeva

Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et