Qlobal istiləşmə artıq təkcə ekoloji problem hesab olunmur. Yeni elmi araşdırmalar göstərib ki, həddindən artıq temperatur insan beyninə birbaşa təsir göstərib. İstilik dalğaları epilepsiya, insult, Alzheimer, dağınıq skleroz (MS) və miqren kimi şərtləri, xüsusən də nevroloji xəstəlikləri olan şəxslərdə pisləşdirib. Beyin bədən istiliyimizlə demək olar ki, eyni temperaturda işləyib və düzgün işləməsi üçün həssas bir termal tarazlıq tələb edib. Həddindən artıq istiləşmə beyində məlumat ötürən siqnalları pozub, qərar qəbul etməni çətinləşdirib və emosional qeyri-sabitliyə səbəb olub.

Epilepsiya kimi nevroloji vəziyyətlər daha çox rast gəlinir
Məsələn, isti hava epilepsiyanın nadir forması olan Dravet Sindromu olan uşaqlarda birbaşa qıcolmalara səbəb olub. Mütəxəssislər bildirib ki, yüksək temperatur beyində siqnal ötürülməsinə təsir edib, sinir sisteminin düzgün işləməsinə mane olub.
Neyroloq Prof. Dr. Sanjay Sisodiya artan istiliklə gələn nevroloji şikayətlərin artdığını qeyd edib:
“İqlim dəyişikliyinin beyinə təsirlərini gözardı edə bilmərik. İstilik artıq təkcə fiziki sağlamlıq təhlükəsi deyil, psixi sağlamlıq üçün təhlükə olub.”
Həddindən artıq istilik yuxu keyfiyyətinə və əhval-ruhiyyəyə də təsir edir
Yüksək temperatur, xüsusən də gecə temperaturu yüksəldikdə yuxu keyfiyyətini ciddi şəkildə poza bilir. Yuxu pozğunluqları depressiya, narahatlıq və nöbet riskini artırıb və diqqət çatışmazlığı pozğunluğu və qəzəbli davranış kimi problemlərə səbəb olur.
Epilepsiya xəstələri üçün yuxusuz bir gecə ertəsi gün tutma ehtimalını artırıb. Bundan əlavə, isti havada antipsikotik dərman qəbul edən şəxslər bədən istiliyini tənzimləyə bilməmək riski daşıyıb. Bu isə hipertermi (həddindən artıq qızdırma) və ölümlə nəticələnəcək qədər ciddi nəticələrə səbəb ola bilib.
İnsult hallarının artması
Artan temperatur insult riskinə birbaşa təsir edən amillərdən biri hesab edilib. 25 ölkəni əhatə edən araşdırmaya görə, isti günlərdə insult ilə bağlı ölüm hallarında artım müşahidə edilib. Bu nisbət hər il 10.000-dən çox əlavə ölüm halına çevrilə bilər.
Bundan əlavə, aşağı və orta gəlirli ölkələr bu sağlamlıq böhranından ən çox təsirlənən bölgələr olub. Səhiyyə sistemlərinin onsuz da zəif olduğu bu ölkələrdə isti dalğaları bərabərsizlikləri daha da artırıb.
Hətta ana bətnində olan körpələr də təsirlənir
Həddindən artıq temperatur yalnız böyüklərə deyil, doğmamış körpələrə də təsir edib. Araşdırmalar göstərib ki, istilik dalğaları vaxtından əvvəl doğuşa səbəb olub ki, bu da uşaqlarda neyroinkişaf problemlərinə (diqqət çatışmazlığı, öyrənmə qüsurları və zehni gerilik) yol açıb.
Hər il təxminən 130 milyon körpə doğulur. Bu körpələrin əhəmiyyətli bir hissəsi isti iqlimlərdə dünyaya gəlib. Ancaq bu da bir həqiqət olub ki, bütün körpələr bu risklərdən təsirlənməyib. Buna görə də alimlər kimin daha həssas olduğunu anlamaq üçün araşdırmalarını davam etdiriblər.
İstilik beyin baryerini zəiflədir
Beynimizi zərərli maddələrdən qoruyan “qan-beyin maneəsi” həddindən artıq temperaturda keçiriciliyini itirib. Bu isə virusların, toksinlərin və bakteriyaların beyin toxumasına daha asan çatmasına imkan verib. Nəticədə, neyrodegenerativ xəstəliklərin (məsələn, Parkinson və Alzheimer) inkişaf riski artıb.
Bu gün yalnız nevroloji xəstəlikləri olan şəxslərdə müşahidə edilən bu təsirlər çox da uzaq olmayan gələcəkdə sağlam fərdləri də təhdid edə bilər. İqlim dəyişikliyi təkcə ekosistemə deyil, həm də psixi sağlamlığımıza təsir edən ciddi təhlükəyə çevrilib.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
