Bu gün:

Asılı şəxsiyyət pozğunluğu nədir?


Asılı Şəxsiyyət Pozğunluğu (DPD) insanın qərar verməkdə başqalarına güvəndiyi və tək qalmaqdan qorxduğu psixoloji pozuntudur. Bu, gündəlik həyatda ciddi çətinliklər yarada bilər.

Simptomlar nələrdir?

DPD olan insanlar adətən aşağıdakı simptomları nümayiş etdirirlər:


• Başqalarının dəstəyi olmadan qərar qəbul edə bilməmək;


• Məsuliyyətdən yayınma;


• Tərk edilmək qorxusu səbəbindən fikir ayrılıqlarını ifadə edə bilməmək;


• Tək qalmaqla bağlı həddindən artıq diskomfort;


• Dəstək və qayğı göstərən biri itirildikdə əvəzini axtarmaq meyli;


• Öz ehtiyaclarını boğmaq və başqalarının istəklərini üstün tutmaq. 


Niyə baş verir?

Mütəxəssislər DPD-nin inkişafında həm genetik, həm də ətraf mühit faktorlarının rol oynadığını bildirirlər. Həddindən artıq avtoritar və ya həddindən artıq qoruyucu valideyn münasibətləri, uşaqlıq travmaları və özünə inamı sarsıdan həyat təcrübələri bu pozğunluğun inkişafına səbəb ola bilər.


Kim risk altındadır?

Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən bu pozğunluq adətən gənc yaşda başlayır. Uşaqlıq və ya yeniyetməlik dövründə sağlam fərdiləşdirmə əldə edilmədikdə risk daha da artır.


Müalicə üsulları

Psixoterapiya asılı şəxsiyyət pozğunluğunun müalicəsində ən təsirli üsuldur. Xüsusilə, koqnitiv davranışçı terapiya fərdlərin düşüncə tərzini dəyişdirərək daha müstəqil qərarlar qəbul etməsinə kömək edir. Bəzi hallarda, dərman depressiya və ya narahatlıq kimi komorbid vəziyyətlər üçün də istifadə edilə bilər.


Mütəxəssislər xəbərdarlıq edir

Psixoloqlar BPD-nin insanın həyat keyfiyyətini aşağı saldığını və qeyri-sağlam münasibətlərin davam etməsinə səbəb olduğunu bildirirlər. Uzunmüddətli asılı münasibətlər bir insanın şəxsiyyətini itirməsinə səbəb ola bilər. Buna görə, erkən diaqnoz və peşəkar dəstək çox vacibdir.



Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et