Bu gün:

Spirtli içkilər nə üçün icad edilib?


Spirt, məlum olduğu kimi – zəhərli bir maddədir. Əgər spirtli içkilər zərərli olubsa, bəs onda nə üçün icad edilib? "Zövq almaq üçün?" Heç də yox.

Adətən insanın suya nə qədər bağlı olduğunu düşünmürük. Bütün insan məskənləri: müasir şəhər və kəndlər, tarixdən öncəki dayanacaqlar və köçəriliklər – hamısı yaxınlıqda etibarlı şirin su mənbəyi – çay, bulaq, göl, axar su olmasını tələb edib. Amma su – yalnız insan üçün deyil, həyatın özü üçün əsasdır!


Su – eyni zamanda ən müxtəlif mikroskopik orqanizmlərin – bakteriyaların, ibtidailərin, yosunların, göbələklərin, parazitar qurdların sürfələrinin çoxalması üçün ideal mühit olub. Onların heç də hamısı zərərsiz olmayıb!


İnsan susuz yaşaya bilməyib – lakin qədim zamanlarda su əsl təhlükə olub. Dizenteriya bütöv orduları məhv edib, şəhərləri viran qoyub! Bu xəstəlikdən heç kim sığortalanmayıb – Bizans imperatoru IV Konstantin, İngiltərə kralları Yohan Yersiz, I Eduard və V Henri, Fransa kralları IX Lüdvig və V Filipp bu xəstəlikdən ölüb.


1920-ci illərdə insanlar artıq başa düşüb ki, görünməyən təhlükə çiy suda gizlənib. Suyu dezinfeksiya etmək üçün müxtəlif üsullar tətbiq edilib – məsələn, gümüş qab-qacaq. Gümüş hissəcikləri (ionlar) hüceyrə qişasında yerləşib, onun funksiyalarını bloklayıb və bakteriyalar məhv olub. Amma gümüş – nadir və bahalı metal olub. Təbii ki, müxtəlif köklər, otlar, ağac qabıqları – ağcaqayın, qarağac, söyüd də istifadə edilib. Bəzən bu az da olsa kömək edib, lakin çox az.


İnanmaq çətin olsa da, suyun qaynadılması və əllərin yuyulması həkimlər üçün xəstəxanalarda yalnız XIX əsrin ikinci yarısında məcburi olub. Hələ A.S.Puşkinin dövründə həkimlər əllərini əməliyyatdan sonra yuyub, yox əməliyyatdan əvvəl yox. Və təbii ki, gəmidə komanda üçün və ya yürüşdə olan ordu üçün qaynadılmış su "istehsalını" təşkil etmək – o dövrlərdə ağlasığmaz olub.

Lakin insanlar hələ qədim zamanlarda aşkar edib ki, şirin meyvə şirələri (yalnız üzüm deyil) "öz-özünə" mayalanaraq şəraba çevrilə bilər. Suya az miqdarda şərab qatılması belə onu insan üçün xeyli təhlükəsiz edib. Şərabın başqa böyük üstünlüyü də olub – sudan fərqli olaraq, o, çox uzun müddət, aylarla və hətta illərlə saxlanıla bilib. Bu gün biz bilirik ki, şərabın tərkibində 8-dən 15-ə (bəzən 22-yə) qədər etanol, etil spirti – çox güclü antibakterial maddə olub. Su şərabla dezinfeksiya edilib, yaralar şərabla yuyulub – və bu təsir edib, çünki etanol – əla antiseptik olub.


Üzüm yetişməyən ölkələrdə spirtli içkiləri müxtəlif xammaldan hazırlamağı öyrəniblər. Şimali Avropada (və Rusiyada) bu bal, maya, arpa olub. Yaponiyada – düyü. Monqolustanda və Orta Asiyada kəhrə suyu (dişi at südü) mayalandırılıb və kımız əldə edilib. Kolumbdan əvvəlki Amerikada isə hindlilər agava bitkisinin şirəsindən "pulke" adlı içki hazırlayıb.


Xüsusi hörmət spirtli içkilərə dənizçilər arasında göstərilib – Karib dənizinin quldurları tərəfindən çox sevilən romu xatırlayın. Dənizçilər bilib ki, tropik istidə şirin su necə tez xarab ola bilər. Buna görə də şərab və ya rom strateji əhəmiyyətli xammal olub – bu zərərli içkilər olmasaydı, Kolumbun gəmiləri heç vaxt Amerikaya çata bilməzdi. Dənizçiləri sadə su öldürə bilərdi...


Şərabın sərxoşedici təsiri də əcdadlarımıza məlum olub – lakin məhz bu xüsusiyyət əsas sayılmayıb. Artıq qədim zamanlardan ən müxtəlif mənbələr (və tamamilə haqlı olaraq) göstərib ki, məhz sərxoş olmaq məqsədilə şərabın həddindən artıq qəbulu son dərəcə zərərli olub, bu halda ziyan faydanı üstələyə bilərdi.


Qədim Spartada (Yunanıstan) belə bir adət olub – kölələri qatılmamış şərabla içizdiriblər, və kölələr özlərini yarım dəli kimi aparanda, onları uşaqlara göstəriblər – uşaqlar bir ömür boyu yadda saxlasınlar ki, çox içki içən insan özünü necə iyrənc aparır.


Mənbə: ucrazy.org

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et