Bu gün:

Psixopatları ələ verən 3 xüsusiyyət


Antisosial Şəxsiyyət Bozukluğu (ASPD) diaqnozu qoyulduğunu söyləyən bir TikTok istifadəçisi psixopatların üç əsas şəxsiyyət xüsusiyyətinin olduğunu müdafiə edib.İstifadəçi Vic-ə görə, psixopatlar müəyyən şəxsiyyət xüsusiyyətləri ilə doğulur, sosiopatlar isə bu davranışları ətraf mühit faktorları və travmalar nəticəsində inkişaf etdirirlər. Vic sosiopatların daha impulsiv və emosional olduğunu, psixopatların isə daha soyuqqanlı və nəzarətli olduğunu bildirib.

Vic-in psixopatlara xas olduğunu iddia etdiyi üç əsas xüsusiyyət bunlardır:

Vikin birinci fikrinə görə, psixopatlar təhlükəli və riskli fəaliyyətlərlə məşğul olmaqdan həzz alırlar. Paraşütlə tullanma və bungee jumping kimi ekstremal idman növləri bu insanlar üçün böyük zövq mənbəyi kimi seçilir.Onların ikinci xüsusiyyəti məqsədlərinə çatmaqda qətiyyətlidirlər. Vik psixopatların xarizmatik və manipulyasiya davranışları ilə istədiklərini əldə etməyə çalışdıqlarını və bu prosesdə başqalarının hissləri ilə maraqlanmadıqlarını bildirib.

Vik psixopatların sosial vəziyyətlərdə narahatlıq yaşamadıqlarını söyləyir və bu şəxslərin ümumiyyətlə aşağı stress səviyyələrinə sahib olduğunu iddia edir. Lakin bu fikir ekspertlər tərəfindən mübahisələndirilib.

Milli Tibb Kitabxanası tərəfindən nəşr olunan bir araşdırmaya görə, psixopatiya və narahatlıq tamamilə əks anlayışlar deyil. Araşdırma, psixopatik insanların narahatlıq yaşaya bildiklərini, ancaq bunu kənara göstərmədən özünə inamlı bir rəftarla gizlədə bildiklərini ortaya qoyub.

EKSPERTLER NƏ DEYİR?

Vikin açıqlamaları sosial mediada maraq doğursa da, ekspertlər psixopatiya haqqında ümumiləşdirmələrin edilməməli olduğunu vurğulayırlar. Psixoloqların fikrincə, psixopatiya ümumiyyətlə aşağıdakı üç əsas xüsusiyyətlə müəyyən edilir:

İddialılıq: Təhlükəli vəziyyətlərdə belə soyuqqanlılıq və inamla hərəkət etmək bacarığı.

Qəddarlıq: Empatiyanın olmaması, emosional soyuqluq və manipulyasiya davranışları.

Nəzarət olunmayan davranışlar: Plansızlıq və aşağı özünə nəzarət.

Elmi təsnifatlar psixopatiyanı iki əsas növə ayırır:

Birincili psixopat: Soyuqqanlı, qorxmaz, emosiyasız və planlı davranışlar sərgiləyən fərdlər.

İkinci dərəcəli psixopat: Daha çox narahat, emosional reaksiyalara açıq olan və tez-tez travmatik keçmişi olan şəxslərdir.

Mənbə: NTV

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et