Ukrayna ordusunun başçısı, general Oleksandr Sırski bildirib ki, Sumı vilayətində Rusiyanın irəliləməsi dayandırılıb.
Cümə axşamı cəbhəyə səfəri zamanı Sırski bildirib ki, döyüş xətti sabitləşib və Rusiyanın bölgədəki hücumu dayandırılıb.

O əlavə edib ki, bölgədəki istehkamları şəxsən yoxlayıb və müdafiə xəttinin gücləndirilməsinə təcili ehtiyac var.
Sırski Sumıdakı uğurlarla bağlı açıqlamaları ilə, bu yaxınlarda rəsmi şəxslərin bölgədə Rusiyanın təzyiqlərinin azaldığını deməsini də təsdiqləyib.
Buna baxmayaraq, vəziyyətin hələ də “sabit olmadığı”, gərginliyin davam etdiyi bildirilib. Bu barədə həftənin əvvəlində Sərhəd Xidmətinin nümayəndəsi Andriy Demçenko danışıb.
Sumı vilayəti Rusiyanın Kursk bölgəsi ilə sərhəddə yerləşir. Ötən il Ukrayna qüvvələri həmin bölgədə gözlənilməz hücumla bəzi əraziləri ələ keçirib, lakin bir neçə ay sonra oradan demək olar ki, tamamilə çıxarılıblar.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
