Prezident Rəcəb Tayyib Ərdoğan "İsrailin Fələstindən başlayaraq Livan, Suriya, Yəmənə və son olaraq İrana qədər uzanan ehtiyatsız addımları tamamilə qəbuledilməzdir",- deyə bildirib.
Müttəfiqlər arasında müdafiə məhsullarının ticarətinə maneələr qoymağı doğru görmədiklərini qeyd edən Ərdoğan "Bu maneələr və məhdudiyyətlər ən qısa zamanda aradan qaldırılmalıdır",- deyib.
Prezident Ərdoğan zirvədə ittifaqın çəkindirmə və müdafiə gücünü gücləndirəcək addımların qiymətləndiriləcəyini və müttəfiqlərin müdafiə xərclərinin artırılması üçün yeni hədəflərin müəyyən ediləcəyini bildirib.
Türkiyənin NATO daxilindəki rolunu vurğulayan Rəcəb Tayyib Ərdoğan "Türkiyə olaraq ədalətli yük bölgüsü və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsini xüsusilə müdafiə edirik. Biz NATO-nun ikinci ən böyük quru ordusuna komandanlıq edən və idarə edən bir müttəfiqiyik. Ölkəmizin müdafiə qabiliyyətini daim təkmilləşdirməklə yanaşı, ittifaqın qarşısının alınmasına da öz töhfəmizi veririk",-deyib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Səmayə Səftərova
