Bu gün:

Əgər İran və İsrail atəşi dayandırarsa, Trampın yüksək riskli hücumları nəticə verə bilər.


ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında artan gərginliyə müdaxilə edərək riskli addım atdı, lakin bu, hələlik müsbət nəticə verib. Tramp bazar ertəsi elan etdi ki, tərəflər atəşkəsə razılaşıblar və bu, davamlı sülhə yol aça bilər. Əgər Tramp “12 günlük müharibə” adlandırdığı qarşıdurmanı dayandıra bilibsə, bu, bölgədə genişmiqyaslı müharibənin qarşısını almaq baxımından əhəmiyyətlidir.İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əgər İsrail Tehranın yerli vaxtı ilə saat 4:00-a qədər hücumları dayandırsa, onlar da cavab tədbirlərini davam etdirməyəcək. İsrail də hücumlarının məqsədinə çatdığını bəyan edərək razılaşmanı qəbul edib. Lakin atəşkəsin kövrəkliyi bir neçə saat sonra yenidən üzə çıxdı — İsrail İranı atəşkəsi pozmaqda ittiham etdi, İran isə bunu inkar etdi.Tramp administrasiyası atəşkəsin qüvvədə qalacağına ümid edir.

Atəşkəs elanından əvvəl İran, ABŞ-ın şənbə günü onun nüvə obyektlərinə endirdiyi zərbəyə cavab olaraq Qətərdəki ABŞ bazasına raket atıb, lakin raketlərin hamısı zərərsizləşdirilib.

Tramp cavabında bildirib: “İranın cavabı zəif oldu və biz onu uğurla dəf etdik.”


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et