Bu gün:

Kiyev şiddətli Rusiya hava hücumuna məruz qalıb


Ukraynanın daxili işlər naziri bildirib ki, gecə saatlarında Rusiyanın raket və dron hücumu nəticəsində Kiyev vilayətində azı doqquz nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

İhor Klymenko sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, yaşayış əraziləri, xəstəxanalar və idman infrastrukturu hücuma məruz qalıb.


Kiyev meri Vitali Kliçko deyib ki, həlak olanlardan ən azı altısı paytaxtda çoxmərtəbəli binada olub. Şəhərin hərbi administrasiyası əlavə olaraq 33 nəfərin yaralandığını açıqlayıb.


Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, son hücum zamanı əsasən Kiyev bölgəsi olmaqla, Ukrayna ərazisinə ümumilikdə 352 Rusiya dronu və 16 raket atılıb.


Prezident Volodimir Zelenski bazar ertəsi Londona səfər edir. O, Böyük Britaniyanın baş naziri Kir Starmerlə Ukraynaya hərbi dəstək məsələlərini müzakirə edəcək.


Kiyev sakini 33 yaşlı Valeriy Mankuta deyib ki, binası raketlə vurulduqdan sonra “uçqunların içində oyanıb”. O, mənzilindən pəncərədən çıxaraq xilas ola bilib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et