Bu gün:

Putindən İran açıqlaması: “İsrailə dəfələrlə bildirmişik“


Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya tərəfi İsrail rəhbərliyinə dəfələrlə İranın nüvə silahı əldə etməyə çalışmadığını bildirib.Putin bu barədə Sky News Arabia telekanalına verdiyi müsahibədə danışıb. O qeyd edib ki, Rusiya və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə silahı əldə etməyə hazırlaşdığına dair heç bir dəlil tapmayıb:

“Biz bunu İsrail rəhbərliyinə dəfələrlə çatdırmışıq”, – deyə Putin bildirib.

Rusiya Prezidenti əlavə edib ki, ölkəsi İranın sülhməramlı nüvə proqramı hazırlamasını dəstəkləməyə hazırdır və İranın buna tam hüququ çatır.

Putin həmçinin vurğulayıb ki, Rusiya dünyanın istənilən yerində kütləvi qırğın silahlarının yayılmasına qarşıdır. O, İranın nüvə silahlarının istifadəsini qadağan edən qərar qəbul etdiyini və bu addımın son dərəcə mühüm olduğunu bildirib:

“Bu məsələ ciddiyə alınmalıdır”, – deyə o qeyd edib.

Xatırladaq ki, İran nüvə silahı hazırlamaq iddialarını rədd edir və uranın zənginləşdirilməsi proqramının yalnız dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir.

Mənbə: CNN türk.com

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et