Bu gün:

ChatGPT şahmatda Atari-yə uduzdu


OpenAI-nin ən son modeli ChatGPT-4o, Atari Chess tərəfindən praktiki olaraq məhv edildi.

Süni intellekt hər sahədə inkişaf edərkən, bu dəfə sürpriz məğlubiyyətlə gündəmdədir. OpenAI-nin ən yeni modeli ChatGPT-4o, 1979-cu ildə buraxılan Atari Chess tərəfindən demək olar ki , "məhv edildi". Üstəlik, bu matç 1977-ci ildə hazırlanmış Atari 2600 oyun konsolu emulyatorunda oynanıldı.


Citrix-dən Robert Jr. Caruso bu təəccüblü nəticəni həftə sonu LinkedIn-də bir yazıda açıqladı. Caruso ChatGPT-ni 48 yaşlı oyun mühərrikinə qarşı sınaqdan keçirmək istəyəndə belə gülməli nəticələr gözləmirdi.


Süni intellekt oyunun parça ikonlarını başa düşməkdə çətinlik çəkdiyini söylədikdə, Caruso hətta nişanları sadələşdirdi. Ancaq bütün bu köməklərə baxmayaraq, ChatGPT hətta ibtidai məktəb şahmat klubunda belə ciddi qəbul edilməyəcək səhvlər etdi, dedi.




Mənbə: Hürriyyet

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et