Son araşdırmalara görə, ağaclar bir-biri ilə kimyəvi və elektrik siqnalları vasitəsilə əlaqə qururlar. Alimlər Kanadadakı meşəlik ərazidə apardıqları müşahidələr zamanı fərqli növ ağacların kökləri vasitəsilə torpaq altı göbələk şəbəkəsindən istifadə edərək “xəbərləşdiyini” aşkarlayıblar. Bu sistemə “Wood Wide Web” adı verilib.

Ağaclar bu təbii şəbəkə vasitəsilə bir-birinə su, qida maddələri ötürür, hətta zərərvericilər barədə xəbərdarlıq belə göndərə bilirlər. Mütəxəssislər hesab edir ki, bu sistem meşələrin sağlam və davamlı qalmasında əsas rol oynayır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
