Bu gün:

Renault hansı ölkənin markasıdır?


Renault dünyada milyonlarla insanın seçdiyi avtomobil markasıdır. Bu marka Fransada yerləşir. 1899-cu ildə yaradılıb və bu gün dünyanın ən böyük avtomobil şirkətlərindən biridir.

Renault benzin və elektriklə işləyən avtomobillər istehsal edir. Şirkət həm minik, həm də yük maşınları hazırlayır. Avropada və dünyada çox tanınır. Baş ofisi Paris yaxınlığında, Boulon-Billancourtda yerləşir.


Renault harada istehsal olunur?

Renault-un əsas istehsal mərkəzi Fransadadır. Şirkət başqa ölkələrdə də zavodlar açaraq qlobal istehsal şəbəkəsi yaradıb. İspaniya, Rumıniya, Mərakeş, Cənubi Koreya və Türkiyədə də zavodları var.


Türkiyədə Renault avtomobilləri uzun illərdir Bursadakı OYAK Renault zavodunda istehsal olunur. Bu zavod həm Türkiyəyə, həm də başqa ölkələrə avtomobil və ehtiyat hissələri göndərir. Bursadakı zavod Renault-un Avropadan kənardakı ən böyük zavodlarından biridir.


Renault-un sahibi kimdir?

Renault markası hazırda Renault Group (Renault S.A.) tərəfindən idarə olunur. Qrup təkcə Renault markasını deyil, eyni zamanda Dacia, Alpine və Mobilize kimi sub-brendləri də özündə birləşdirir.


Renault, Nissan və Mitsubishi ilə birlikdə işləyir. Bu ittifaq sayəsində onlar texnologiya və elektrikli avtomobilləri birgə inkişaf etdirirlər. Bu əməkdaşlıq xərcə qənaət edir və Renault qrupunu dünyanın ən böyük avtomobil birliklərindən birinə çevirib. 


Renault-un Türkiyədəki mövqeyi

Renault Türkiyədə çox tanınır və güclü mövqeyə malikdir. Clio, Megane və Taliant modelləri insanlar və şirkətlər tərəfindən çox seçilir. Az yanacaq işlətməsi, münasib qiymət və geniş servis şəbəkəsi Renault-u Türkiyədə populyar edib.


Həm avtomobillər, həm də mühərriklər Renault-un Türkiyədəki Bursa OYAK Renault zavodunda istehsal olunur. Bu zavod brendin Türkiyə iqtisadiyyatına töhfəsini artırmaqla yanaşı, yerli məşğulluğa da mühüm dəstək verir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et