Çinin ordusu Britaniya hərbi gəmisinin son vaxtlar Tayvan boğazından keçməsini “qəsdən təxribat” və “sülhə və sabitliyə xələl gətirən” bir hərəkət adlandırıb.
Böyük Britaniyanın Kral Donanması isə bildirir ki, HMS Spey gəmisinin çərşənbə günü həyata keçirdiyi patrul fəaliyyəti əvvəlcədən planlaşdırılmış uzunmüddətli missiyanın bir hissəsidir və beynəlxalq hüquqa tam uyğundur.
Bu patrul — dörd il ərzində Britaniya donanmasına məxsus gəminin bölgədə keçirdiyi ilk patruldur — bölgəyə bir neçə aylıq ezam olunmuş Britaniya təyyarədaşıyan zərbə qrupunun səfəri fonunda baş verir.
Çin Tayvanı öz ərazisi hesab edir — bu iddianı isə özünüidarə edən Tayvan rədd edir — və adanı “yenidən birləşdirmək” üçün gücdən istifadə ehtimalını istisna etmir.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
