Birləşmiş Millətlər Təşkilatı 2021 Dünya Xoşbəxtlik Hesabatını açıqlayıb. Finlandiya ötən il ölkə reytinqində birinci yerdədir. 149 ölkənin iştirak etdiyi siyahıda ən xoşbəxt ölkə yenə Finlandiya, yəni Finlandiyada yaşayan finlər olub. Bəs niyə dünyanın ən xoşbəxt ölkəsində ailələr körpələrini qutularda yatırırlar? Bu sualın maraqlı cavabı var.

Finlandiyada analar 83 ildir ki, yaxşı valideynlik təşviqi və stressi azaldan dövlət proqramından faydalanırlar. Bu proqramın adı Analıq Paketidir. 1938-ci ildə başladılan bu təcrübədə paketdəki maddələrin dəyəri sənaye işçisinin aylıq əmək haqqının üçdə birinə bərabər olub. Məqsəd ana və körpənin sağlamlığını qorumaq və müharibələrarası dövrdə aşağı olan əhali artımını təşviq etmək olub. Ana paketləri körpələrin valideynlərinin kürəyində yatması və “körpə qutuları” kimi tanınan rahat, təhlükəsiz yerlər kimi istifadə olunurdu.
O vaxt əhalinin 80 faizi kəndlərdə yaşayırdı və körpələrin 6 faizi 1 yaşına çatmadan ölürdü. Bu gün bu göstərici 0,2 faiz civarındadır. İlk paylanmış paketlərdə doğum zamanı gigiyena problemlərini aradan qaldırmaq üçün kağız vərəqlər də olub. Hamiləliklə bağlı ictimai məlumatlar isə az idi.
Bugün Finlandiyada, dövlət sosial təminat sistemində (KELA) qeydiyyatda olan, hamiləliyinin ilk 4 ayı ərzində qeydiyyatdan keçən və müayinədən keçən hər qadın hamiləliyinin 154-cü günündən “analıq paketi” almaq hüququna malikdir.
Paketin dəyəri mövsümə görə 750-1250 avro arasında dəyişir. İstəyən ailələr paketi nağd pula da dəyişə bilərlər. Dünyada körpənin ilk ilində ehtiyac duyduğu bütün əsas əşyalar Finlandiyada pulsuz verilir.
Paketə nə daxildir?
Yuxu çantaları, uşaq bezləri, termometrlər, iki palto, diş çıxarma cihazları, oyuncaqlar, döş yastıqları, xalatlar və daha çox zəruri məhsul qutuda olur. Qutu həm də yataq kimi istifadə edilə biləcək şəkildə hazırlanıb.
Yeni doğulmuş körpələr üçün ən böyük risklərdən biri ani körpə ölümü sindromudur. Körpənin yatdığı mühit bu riski artırır. Bu səbəbdən bir çox inkişaf etmiş ölkələr Finlandiyanın sistemindən ilhamlanaraq karton çarpayılardan istifadə etməyə başlayıb. Səhiyyə orqanları bu çarpayılardan istifadəni tövsiyə edir, çünki bu üsul ani körpə ölümü riskini azaldır. Finlandiyada 1930-cu illərdən bəri körpələr bu "Baby Box”larda təhlükəsiz böyüyürlər.
Bu tendensiya Estoniya və “ABŞ”ə də yayılıb. 2017-ci ildə Nyu-Cersi ştatı yeni analar üçün universal Ana Paketi proqramını işə salan ilk ABŞ ştatı olub.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
