Bu gün:

Zınqıldayan ulduzlar


Göyə baxanda bəzən bəzi ulduzların işığının azalaraq sonra yenidən artdığını görmüsünüzmü? Bu, ulduzların göz qırpması demək deyil. Əslində bu hadisə “zınqıldayan ulduzlar” adlandırılan xüsusi bir ulduz növünün göstəricisidir.


Bəs yaxşı, ulduz niyə “zınqıldayır”? Bu sualın cavabı birbaşa ulduzların daxili quruluşu və təkamül prosesi ilə bağlıdır.

Niyə zınqıldayırlar?

Zınqıldayan ulduzlar müəyyən bir ritmlə genişlənib daralan və bu zaman parlaqlığı da artıb azalan ulduzlardır. Sanki bir ürək kimi döyünür, vaxtaşırı şişib büzülürlər. Bu zaman işıqları da ritmik olaraq dəyişir. Bu dəyişikliklər bəzən bir neçə saatda bir, bəzən də günlər və ya həftələr ərzində baş verir.

Bu tip ulduzlara “dəyişən ulduzlar” da deyilir (ingiliscə: variable stars), lakin zınqıldayan ulduzlar daxili strukturlarına görə dəyişir – kənar təsirlərə görə yox.


Ulduzlar nəhəng qaz toplarıdır. Daxillərində baş verən nüvə reaksiyaları nəticəsində enerji istehsal edirlər. Lakin bəzən bu enerji tarazlığı pozulur. Ulduz daxili təzyiqlə cazibə qüvvəsi arasında tarazlıq yaratmağa çalışdıqca genişlənib büzülür. Məhz bu dalğalanma ulduzun “zınqıldamasına” səbəb olur.

Bu hadisə xüsusilə qırmızı nəhənglərdə və ya nəhəngləşmə mərhələsində olan ulduzlarda daha çox müşahidə olunur.


Zınqıldayan ulduzların parlaqlıq-zaman qrafikində, parlaqlığın azalması ulduzun radiusunun kiçildiyini, parlaqlığın artması isə radiusun böyüdüyünü göstərir. Bu səbəbdən belə ulduzlara Zınqıldayan ulduzlar deyirik.

Zınqıldayan ulduzlar bir neçə qrupa bölünür. Ən çox tanınan növləri bunlardır:

        Sefeyid dəyişənləri – Parlaqlıqları çox müntəzəm şəkildə artıb-azalır. Qalaktikalar arasındakı məsafələrin ölçülməsində “kosmik cərgə” (yəni ölçü vahidi) kimi istifadə olunur.

    RR Lyrae ulduzları – Daha yaşlı və kiçik ulduzlardır. Süd Yolu qalaktikamızın strukturunu öyrənməkdə faydalıdır.

    Delta Scuti ulduzları – Çox qısa müddətli, bir neçə saatlıq zınqıldamalar göstərirlər.


Elm üçün niyə vacibdir?

Zınqıldayan ulduzlar sayəsində kainatın böyüklüyü ölçülə bilir. Xüsusilə Sefeyid növü ulduzlar parlaqlıqlarının dəyişmə müddəti ilə parlaqlıqlarının özü arasında birbaşa əlaqə göstərdiyi üçün astronomlar tərəfindən “məsafə ölçmə aləti” kimi istifadə olunur.

Yəni bu ulduzlar vasitəsilə qalaktikalararası məsafələri belə hesablamaq mümkündür!


Mənbə: euastroege

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et