Arxeoloqlar dünyanın ən qədim barmaq izini tapıblar. Bu barmaq izi insan üzünün təsviri olan bir daş üzərində yerləşir və ən azı 42.000 il əvvəl yaşamış Neandertal tərəfindən xüsusi olaraq buraxılıb.
Bu Neandertal daş üzərində öz barmaq izini qoymaqla, sanki öz “imzasını” orada qeyd edib. Bu, tarixdə ilk dəfədir ki, barmaq izi vasitəsilə müəyyən edilən bir Neandertal tapılır. Bu tapıntı həm də insanın kimliyinin necə qorunduğunu göstərir.
Bu kəşf insan tarixində barmaq izlərinin necə vacib rol oynadığının və insanların öz kimliklərini qeyd etmək üçün çox uzun illər əvvəl belə üsullardan istifadə etdiyinin də sübutudur.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
