Süd məhsulları, qəhvə, uşaq qidaları və şokolad kimi geniş çeşidli və hər yaşa uyğun məhsulları ilə gündəlik həyatda geniş yer tutan "Nestle" milyonlarla insanın seçdiyi qlobal qida brendidir. 1866-cı ildə İsveçrədə qurulub və bu gün də baş qərargahı oradadır.
"Nestle" nə zaman yaradılıb?
"Nestle" brendinin yaranması 19-cu əsrin ortalarına təsadüf edib. Şirkət 1866-cı ildə qurulub. O dövrdə Avropada sənaye inqilabının təsiri ilə qida sektoru modernləşməyə başlayıb.
“Nestle” real ehtiyaca cavab olaraq qurulub. Şirkətin banisi Henri Nestle ana südü ala bilməyən körpələr üçün qida hazırlayıb və bu məhsul böyük maraq doğurub. Sonralar Nestle məhsul çeşidini genişləndirərək qida və sağlamlıq sahəsində aparıcı brendə çevrilib.
"Nestle" brendinin təsisçisi kim olub?
"Nestle" şirkətinin qurucusu Henri Nestle 1814-cü ildə anadan olmuş alman əsilli əczaçı və qənnadı ustasıdır. O, İsveçrədə yaşayaraq, əmizdirə bilməyən körpələr üçün hazırladığı qida qarışımı ilə uşaq ölümlərinin azalmasına böyük töhfə verib.
Henri “Nestle”nin əsas məqsədi yalnız məhsul istehsalı olmayıb. O, insanların həyat keyfiyyətini artırmağı qarşısına məqsəd qoyub. Bu fikir "Nestle" brendinin əsas devizinə çevrilib.
“Nestle”nin qurucu hekayəsi və inkişafı
"Nestle" nin yaradılması sadə və motivasiyaedici başlanğıcdan ibarətdir. 1866-cı ildə Henri Nestle İsveçrənin Vevey şəhərində süd, un və şəkərdən ibarət “Farine Lactée” adlı qarışımı hazırlayıb. Bu məhsul ana südü ala bilməyən körpələr üçün dəyərli yardım olub.
Eyni dövrdə Corc və Çarlz Peyc qardaşları İsveçrədə ilk qatılaşdırılmış süd zavodunu qurublar. 1905-ci ildə "Nestle" və Anqlo-Sviss Condensed Milk Compani birləşib və şirkətin inkişafı sürətlənib.
Bu gün "Nestle" 200-dən çox ölkəyə məhsul göndərən, 3000-dən çox brendi olan nəhəng bir qida şirkətinə çevrilib. Nescafe, Maggi, Nesquik, KitKat və Purina kimi tanınmış brendlər də "Nestle"yə aiddir.
“Nestle”nin sahibi kim olub?
"Nestle" açıq səhmdar şirkətidir və səhmləri İsveçrə birjasında ticarət olunur. 2017-ci ildən şirkətin baş direktoru Ulf Mark Şnayderdir. "Nestle" həm fərdi, həm də institusional investorları ilə qida, içki, səhiyyə və qidalanma texnologiyalarına sərmayə yatırır.
"Nestle" hansı məhsulları istehsal edir?
“Nestle”nin məhsul çeşidi olduqca geniş olub. Əsas kateqoriyalar aşağıdakılardır:
Uşaq qidaları (Nestle NAN, Nestle Cerelac);
Süd məhsulları (Nestle Milk, Nestle Yoqurt);
Qəhvə (Nescafe, Nespresso);
Şokolad və konfetlər (KitKat, Nesquik, Smarties);
Su brendləri (Nestle Pure Life, Perrier);
Heyvan yemləri (Purina);
Hazır yeməklər və qida məhsulları (Maggi, Buitoni).
Bu məhsulların bir çoxu yerli bazarlara uyğunlaşdırılıb və "Nestle"nin qlobal strategiyasının tərkib hissəsi kimi təqdim olunub.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
