Uzun illər boyunca, xüsusilə romantizm dövründə, geniş yayılmış inanca görə, bu qorxu vəhşicəsinə yayılıb, Qərb dünyasını donmuş vəziyyətə salıb; lakin bu məsələyə daha incə və detallı yanaşmalar gətirilməlidir.

İtalyan şairi Giosuè Carducci (1835–1907) bu tarixi dövrü belə təsvir edib: “Mininci ilin ilk günü günəşin doğuşunu təsəvvür edə bilərsinizmi? Bu, X əsrdən çıxan nəsil üçün həyat vədi idi”. Bu şərh zamanla dəyişdirilmiş və dramatikləşdirilmiş bir kollektiv düşüncənin tərkib hissəsidir və bu gün bir çox tarixçi bu mifləşdirilmiş təsvirin nə dərəcədə doğru olduğunu sorğulayır.
Orta Əsrlərdə cəmiyyətin qeyri-müəyyənlikləri, xəstəlik, müharibə və ölümün daim mövcud olduğu düşüncəsi ilə əsaslandırılıb. Çikaqo Universitetindən orta əsr dini üzrə aparıcı tədqiqatçı Bernard McGinn belə deyib: “Orta əsr insanları demək olar ki, davamlı apokaliptik (qiyamət) gözlənti içində yaşayıblar". Lakin aydınlaşdırılması lazım olan məsələ odur ki, 999-cu il insanları həqiqətən dəhşət içində dondurubmu?
İtalyan tarixçi Alessandro Barbero Il festival della Mente konfransında izah edir ki, bu fenomenin sübutlarını araşdıran tədqiqatçılar adətən insanların adi həyatlarını davam etdirdiyini göstərən dəlillərlə qarşılaşırlar. Onun verdiyi nümunələrdən biri Papa II Silvestr tərəfindən 999-cu il dekabrın 31-də Almaniyanın Fulda monastırı ilə bağlanmış papal fərmandır. Bu sənəddə qarşıdakı illərdə torpaq verilməsi ilə bağlı bir bənd yer alır ki, bu da həyatın davam etdiyini göstərir.
Bundan əlavə, 998-ci ildə Abbon de Fleury Fransız kralına kiçik bir kitab yazaraq, onun hakimiyyəti dövründə mədəniyyət və inancların yenilənməsi zərurətini vurğulayır. Apokaliptik tarixlə əlaqəli olaraq, o, bir yanlış hesablama haqqında danışır: iddiaya görə, Müqəddəs Cümə günü (İsanın ölümü) ilə Göylərə Ucalma günü (İsanın qayıdışı) eyni ilə təsadüf edərsə, dünyanın sonu gələcəkdi. Bu isə 970-ci ilə uyğun gəlirdi. Abbon de Fleury bu nəzəriyyəni təkzib etmək üçün yazmağa məsul edilib.
Alessandro Barbero kimi tarixçilər müşahidə ediblər ki, bu qorxu dalğaları ortaya çıxan kimi, keşişlər və kilsə adamları bu şaiyələri yatırtmaqla vəzifələndiriliblər. Bəs bu səsləri susdurmaq niyə bu qədər vacib idi? Kilsə adamları biliriblər ki, dünyanın sonunu hesablamaq səhvdir, çünki İncil yazır: “O günü və saatı heç kim bilmir – nə göylərin mələkləri, nə də Oğul – yalnız Ata” (Matta 24:36). Bu səhvi açıq şəkildə ilk ifadə edən Müqəddəs Avqustindir: “Bu dünyanın sonunu və ya Tanrının gəlişini nə vaxt baş verəcəyini hesablamaq istəyən şəxs, Tanrının heç kimə açıqlamaq istəmədiyi bir şeyi bilmək istəyir".
Bu tarixi dövr zamanla bir çox uydurma detallarla dəyişdirilib. Bu uydurmaların ilk “zəncir məktubu” bir salnaməçi və rahib olan Sigebert de Gembloux tərəfindən 1100-cü ildə yazılıb. O, guya 1000-ci ildə bir zəlzələnin baş verdiyini, 1002-ci ildə göydə bir kometin keçdiyini və göy üzündə bir ilan göründüyünü qeyd edir. Alessandro Barbero-ya görə, bu son məlumat tamamilə uydurmadır.
Mənbə: Journal Alma Mater
Tərcümə etdi: Arzu Qafarova
