Mütəxəssislər deyiblər ki, ev pişiklərinin stolun üzərindəki qələmləri, zinət əşyalarını və vazaları qəsdən itələyib yıxmaq kimi davranışları onların sahiblərinin reaksiyalarını ölçmək və ov instinktlərini canlı saxlamaq üçün inkişaf etdirdikləri maraqlı oyundur.

Ev pişikləri stolüstü qələmlərdən və zinət əşyalarından tutmuş vazalara və telefonlara qədər ətrafındakı əşyaları maraqla itələməyi və yıxmağı sevirlər.
Bu davranış əslində onların həm kəşfiyyat, həm də oyun üçün instinktlərinin əksidir. Ev pişikləri yeni obyektlərin necə "canlı" olduğunu yoxlamaq üçün bu üsuldan istifadə edirlər.
Masadan bir əşyanın düşməsinə baxmaq pişiklərə də fərqli zövq verir. Cisim yerə dəydikdə onun çıxardığı səs və ya hərəkət pişiyin diqqətini çəkir; bu davranış onun sahibləri reaksiya verdikdə güclənir.
Məsələn, fincan düşdükdə yaranan səs-küy pişik üçün əyləncəli "oyun"-a çevrilə bilər. Bəzi pişiklər sahiblərinin reaksiyasını ölçmək üçün ilk olaraq sahibləri ilə yoxladıqdan sonra obyekti itələyirlər.
Mənbə: Sözcü
Tərcümə etdi: Sona Osmanova
