Cənubi koreyalılar Tony mükafatlarında ilk qələbələrini qeyd edirlər və bu nailiyyətin ölkələrinin mədəni güc kimi statusunu göstərdiyini bildirirlər.
Təxminən on il əvvəl Cənubi Koreyada səhnələşdirilən və böyük bəyənmə qazanan “Bəlkə də Xoşbəxt Sonluq” adlı Broadway tamaşası altı Tony mükafatı qazanıb, o cümlədən “Ən yaxşı musiqili tamaşa” nominasiyasında qalib olub.
“Bəlkə də Xoşbəxt Sonluq” Seulun kənarında bir mənzildə yaşayan iki insanabənzər robot arasında baş verən romantik münasibətdən bəhs edir. Tamaşa bazar günü keçirilən mükafatlandırma mərasiminə 10 nominasiyada təqdim olunub
Tony mükafatı ilə Cənubi Koreya artıq ABŞ-nin əyləncə sahəsindəki dörd ən nüfuzlu mükafatını qazanmış olur. “Squid Game” serialı 2022-ci ildə Emmy mükafatlarını, “Parazit” filmi 2020-ci ildə dörd Oskar mükafatını qazanıb. Sopran Sumi Jo isə 1993-cü ildə Grammy mükafatı alıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
