Bu gün:

Tabutda canlı olaraq dəfn edilən insan nə qədər sağ qalara bilər?


Bir tabutda canlı olaraq basdırılmaq, ölümlə üz-üzə qalmağın qaçılmaz başlanğıcıdır. Burada nə qədər sağ qalınacağı isə birbaşa tabutun içindəki oksigenin tükənmə sürətindən asılıdır.


Orta ölçülü bir tabutun ölçüləri təxminən 2 metr uzunluq, 70 santimetr en və 60 santimetr hündürlükdə hesablanır. Bu ölçülərə görə, tabutun iç həcmi təxminən 886 litr təşkil edir. Bu həcmin təxminən beşdə biri oksigenlə doludur ki, bu da təqribən 164 litr oksigen deməkdir.

Bir insan orta hesabla dəqiqədə 0,5 litr oksigen sərf edir. Bu templə nəfəs aldıqda tabutdakı oksigenin tükənməsi təxminən 5,5 saat çəkir. Bu müddət, insan üçün son ümid pəncərəsi sayılır.

Lakin nəzərə almaq lazımdır ki, tabutun möhkəm bağlanması və üstünə təxminən 2 metr hündürlüyündə torpaq yerləşdirilməsi səbəbindən, içəridəki insanın yaşamaq şansı çox aşağıdır.

Çikaqo Universitetindən professor Alan R. Leff mövzu ilə bağlı açıqlamasında bildirir:

“Bir dəfə tabuta girdikdən sonra orada qalacaqsınız; ediləcək heç nə yoxdur.”

Oksigen bitənə qədər sağ qalmaq mümkün olsa da, bu müddət ərzində insanın həyatını uzatmaq ehtimalı çox zəifdir. Yalnız xüsusi fiziki xüsusiyyətlərə malik olan, məsələn, fövqəladə ağciyər tutumuna sahib insanlar, nəzəri olaraq, bir dəqiqəyə qədər nəfəsini tutaraq sağ qalma müddətini azacıq artıra bilərlər.

Bir sözlə, diri-diri dəfn olunmuş insan üçün sağ qalma müddəti oksigenin tükənməsi ilə bilavasitə əlaqəlidir və adətən 5,5 saatdan çox davam etmir. Bu müddət də çox vaxt insanı xilas etmək üçün yetərli olmur.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et