
Alimlər dəniz ekosistemlərinin qorunması üçün perspektivli kəşf ediblər. Son illərdə qlobal istiləşmə, çirklənmə və okeanların turşulaşması səbəbindən böyük təhlükə altında olan mərcan rifləri üçün yeni bir ümid şüası yaranıb. Son araşdırmalara görə, probiotiklər - faydalı mikroorqanizmlər - mərcanların sağlamlığını dəstəkləyərək bu kövrək ekosistemlərin bərpasına kömək edə bilər. Braziliya, Avstraliya və ABŞ-dan olan elm adamlarının birgə apardıqları araşdırmada xəstəlik əlamətləri göstərən mərcanlara xüsusi hazırlanmış probiotik qarışıq tətbiq edilib. Təcrübə nəticəsində bu mərcanların immun reaksiyasında artım müşahidə edilib və onların sağalma dərəcələrində əhəmiyyətli artım qeydə alınıb.
Mərcanlar da insanlar kimi mürəkkəb mikrob balansına malikdirlər. Sağlam mərcanlar səthlərində simbiotik bakteriyalarla birlikdə yaşayırlar. Lakin ekoloji stress faktorları bu tarazlığı pozur və zərərli bakteriyaların çoxalmasına səbəb olur. Probiotik müalicə sayəsində bu zərərli mikroorqanizmlər sıxışdırılır və faydalı bakteriyaların yenidən dominant olmasına icazə verilir.
Tədqiqatın aparıcı müəllifi Dr. Raquel Peoxoto "Probiyotiklər təkcə insan sağlamlığı üçün deyil, həm də mərcan kimi ətraf mühit orqanizmləri üçün kritik rol oynaya bilər. Bu mikroblar mərcanların stresə daha davamlı olmasına kömək edir" deyib. Mütəxəssislərin fikrincə, bu yeni üsul təkbaşına mərcan riflərini xilas etmək üçün kifayət etməsə də, mühafizə strategiyalarına güclü əlavə ola bilər. Probiotik müalicələr, xüsusilə dəniz istiliyinin yüksəldiyi dövrlərdə mərcanları ölümcül “ağartma” prosesindən qorumağa kömək edə bilər. Tədqiqatçılar indi bu metodun uzunmüddətli perspektivdə müxtəlif mərcan növlərinə təsirini izləmək və onu daha geniş ərazilərdə tətbiq etmək məqsədi daşıyır. Bu inkişaf insan təsiri nəticəsində zədələnmiş dəniz ekosistemlərini bərpa etmək üçün təbiətlə harmoniyada elmi həllərin işlənib hazırlanmasının vacibliyini bir daha vurğulayır. Mərcan rifləri təkcə dəniz həyatı üçün deyil, həm də qida, turizm və sahil mühafizəsi kimi dünyada milyonlarla insan üçün mühüm rol oynayır. Probiyotiklər bu qiymətli ekosistemlərin canlandırılmasına töhfə verməklə planetimizin gələcəyi üçün perspektivli bir addım ola bilər.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
