Uzun illərdir ki, insanlar “timsah göz yaşları” ifadəsini səmimi olmayan duyğulara işarə olaraq istifadə edirlər. Ancaq elm adamları bu ifadənin yaranma səbəbinin arxasında maraqlı bir təbiət hadisəsinin dayandığını ortaya çıxarıblar.
Timsahlar yemək yeyərkən və ya quruya çıxdıqda onların göz kənarından maye axdığı müşahidə olunub. Bu maye, əslində, onların gözlərini nəm saxlayan və duzlu suyu çıxaran bir bioloji sistemin məhsuludur. 2007-ci ildə aparılan elmi tədqiqat zamanı bir neçə timsah izlənilib və onların həqiqətən də bəzi hallarda “ağladığı” təsdiqlənib. Lakin bu, emosional bir reaksiya deyil, sadəcə gözün qurumasının qarşısını almağa yönəlik təbii bir prosesdir.
Maraqlıdır ki, bu fenomen yüz illər əvvəl insanların diqqətini çəkib və bu bioloji reaksiya yanlış olaraq timsahların yalançı duyğular göstərməsi kimi qəbul edilib. Bu gün isə artıq bilirik ki, timsahların göz yaşları duyğu deyil, tamamilə bioloji bir hadisədir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
